Ümumi müddəalar
Bu İstifadəçi Şərtləri və Qaydaları (bundan sonra ismin müvafiq hallarında “Şərtlər” adlandırılacaq) “QPAY” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra ismin müvafiq hallarında “Q-Pay” və ya “Şirkət” adlandırılacaq) tərəfindən təqdim edilən q-pay.az internet saytı və mobil tətbiqin (bundan sonra ismin müvafiq hallarında olmaqla birlikdə “Xidmət” adlandırılacaq) istifadəsi qaydalarını müəyyən edir.
Bu Şərtlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Elektron ticarət haqqında”, “Fərdi məlumatlar haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanunlarına, habelə digər müvafiq normativ hüquqi aktlara uyğun tərtib olunmuşdur.
Xidmətdən istifadə etməklə İstifadəçi bu Şərtlərlə tam, qeyd-şərtsiz və geri dönməz şəkildə razılaşdığını təsdiq edir və bu Şərtlərin müddəalarına riayət etməyi öhdəsinə götürür. İstifadəçinin bu Şərtlərin hər hansı müddəası ilə razılaşmadığı halda, İstifadəçi Xidmətdən istifadə etmək hüququna malik deyil və Xidmətdən istifadəsini dayandırmalıdır.
Əsas anlayışlar
Bu Şərtlərdə, onun əlavələrində, ona istənilə düzəlişlərdə və digər ayrılmaz hissələrində istifadə olunan aşağıdakı anlayışlar, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, aşağıdakı mənaları ifadə edir:
“Xidmət” – ictimai iaşə obyektində təqdim edilmiş hesabın QR-kod vasitəsilə Q-Pay platformasında görüntülənməsini, həmin hesab üzrə ödənilməli məbləğin tam və ya hissə-hissə ödənilməsini, habelə hesabın bölüşdürülməsi və ödənişlərin həyata keçirilməsi ilə bağlı digər funksional imkanların təqdim edilməsini təmin edən Q-Pay platforması;
“İstifadəçi” – vətəndaşlığından, ölkə rezidentliyindən və hər hansı proqram və ya loyallıq sisteminə üzvlüyündən asılı olmayaraq, Xidmətdən istifadə edən və Xidmət vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün istifadəsi hər hansı formada qadağan edilməmiş və ya məhdudlaşdırılmamış bank kartının birbaşa və ya dolayı yolla sahibi və ya istifadəçisi olan fiziki şəxs;
“Tərəfdaş” – Xidmətin təqdim edildiyi və/və ya Xidmətdən istifadə etməklə ödənişlərin qəbul edildiyi restoran, kafe və digər ictimai iaşə obyektlərini idarə edən və ya onların adından fəaliyyət göstərən fiziki və ya hüquqi şəxs;
“Ödəniş təşkilatı” – Xidmət çərçivəsində İstifadəçi tərəfindən həyata keçirilən ödənişlərin qəbul edilməsini, emalını və icrasını təmin edən, müvafiq qanunvericiliyə uyğun olaraq ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyaya malik olan fiziki və ya hüquqi şəxs.
Bu Şərtlərdə böyük hərflə yazılmış, lakin ayrıca müəyyən edilməmiş anlayışlar, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, qüvvədə olan qanunvericiliyə və ya Şərtlərin müvafiq müddəalarına uyğun olaraq şərh edilir.
Təkdə istifadə olunan anlayışlar, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, cəmdə, cəmdə istifadə olunan anlayışlar isə təkdə olan anlayışları da əhatə edir.
Bu Şərtlərdə şəxsə edilən istinad, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, fiziki və hüquqi şəxsləri, habelə onların hüquqi varislərini və hüquq və öhdəliklərinin qanuni əsaslarla ötürüldüyü şəxsləri əhatə edir.
Bu Şərtlərdə “daxil olmaqla”, “o cümlədən” və oxşar ifadələrdən istifadə edilməsi həmin siyahının məhdud və ya tam olması kimi şərh edilmir və müvafiq anlayışa digər elementlərin də daxil olmasını istisna etmir.
Bu Şərtlərdə müəyyən edilmiş anlayışların mənası, həmin anlayışların bu Şərtlərin digər bölmələrində istifadə edilməsindən asılı olmayaraq, bu bölmədə müəyyən edilmiş məna daşıyır.
Xidmətin təsviri
Q-Pay Tərəfdaş obyektlərində təqdim edilmiş hesabın QR-kod vasitəsilə İstifadəçi tərəfindən görüntülənməsinə, hesab üzrə ödənilməli məbləğin bank kartı, Apple Pay, Google Pay və analoji elektron pul kisələri vasitəsilə tam və ya hissə-hissə ödənilməsinə, habelə hesabın bir neçə İstifadəçi arasında bölüşdürülməsinə və hər bir İstifadəçinin öz payına düşən məbləği elektron qaydada ödəməsinə imkan yaradan texnoloji vasitədir.
Q-Pay ödənişlərin qəbul edilməsi və həyata keçirilməsi prosesində texnoloji vasitəçi qismində çıxış edir və ödənişlərin faktiki qəbulunu, emalını, avtorizasiyasını və icrasını Ödəniş təşkilatı vasitəsilə təmin edir. Ödənişlərin faktiki icrası müvafiq Ödəniş təşkilatı tərəfindən həyata keçirilir.
Q-Pay Tərəfdaş tərəfindən təqdim edilmiş mal və/və ya xidmətlərin keyfiyyətinə, miqdarına, qiymətinə, hesabın düzgünlüyünə, habelə Tərəfdaş ilə İstifadəçi arasındakı əsas münasibətlərdən irəli gələn digər məsələlərə görə məsuliyyət daşımır. Q-Pay-ın məsuliyyəti yalnız Xidmətin texniki imkanlarının bu Şərtlərə uyğun olaraq təqdim edilməsi və ödəniş prosesinin texniki vasitələrlə təmin edilməsi ilə məhdudlaşır.
Ödənişin uğurla həyata keçirilməsi, ödənişin İstifadəçinin bank hesabından silinməsi və müvafiq məbləğin Tərəfdaşa köçürülməsi ilə bağlı məsələlər, müvafiq olaraq, Ödəniş təşilatının və/və ya digər aidiyyəti ödəniş xidməti iştirakçılarının səlahiyyət və məsuliyyət dairəsinə aiddir.
Q-Pay Xidmətin fasiləsiz və ya xətasız fəaliyyətinə, habelə Ödəniş təşkilatının, bankların, kart təşkilatlarının, rabitə və digər üçüncü tərəf xidmətlərinin fəaliyyətindən irəli gələn fasilə, gecikmə və ya nasazlıqlara görə, belə hal Q-Pay-ın nəzarətindən kənarda olduğu təqdirdə, məsuliyyət daşımır.
Bəxşiş. İstifadəçi tərəfindən Tərəfdaşın və/və ya Tərəfdaşın xidmət heyətinin xeyrinə bəxşiş ödənişinin həyata keçirilməsi tamamilə könüllü xarakter daşıyır. Bəxşişin verilib-verilməməsi və onun məbləği yalnız İstifadəçinin sərbəst iradəsi ilə müəyyən edilir və Tərəfdaş tərəfindən təqdim edilən mal və/və ya xidmətin əldə edilməsi üçün məcburi ödəniş hesab edilmir. İstifadəçi tərəfindən müəyyən edilmiş bəxşiş məbləği Xidmət vasitəsilə texniki olaraq qəbul edilərək Tərəfdaşın və/və ya müvafiq xidmət heyətinin hesabına köçürülməsi üçün aidiyyəti Ödəniş təşkilatına və/və ya digər ödəniş xidməti iştirakçısına yönləndirilir. Bəxşişin bölüşdürülməsi, xidmət heyəti arasında paylaşdırılması və son benefisiara köçürülməsi qaydası, habelə bununla bağlı hesablaşmalar Tərəfdaş və/və ya xidmət heyəti ilə aidiyyəti ödəniş xidməti iştirakçıları arasında müəyyən edilir. Q-Pay bəxşişin məbləğinin müəyyən edilməsinə, bölüşdürülməsinə və son benefisiara çatdırılmasına görə məsuliyyət daşımır.
Rekurrent ödənişlər. Q-Pay platforması avtomatik və/və ya dövri (rekurrent) ödənişlərin həyata keçirilməsi və İstifadəçinin hesabından vəsaitin avtomatik olaraq silinməsi funksiyasından istifadə etmir. Hər bir ödəniş əməliyyatı yalnız İstifadəçinin həmin konkret ödəniş üzrə ayrıca və açıq təsdiqi əsasında həyata keçirilir. İstifadəçinin əvvəlki ödəniş üzrə verdiyi razılıq və ya təsdiq sonrakı ödənişlərin həyata keçirilməsi üçün avtomatik razılıq hesab edilmir və hər bir yeni ödəniş ayrıca təsdiq edilməlidir.
Rəy və qiymətləndirmə. İstifadəçinin Q-Pay vasitəsilə Tərəfdaş və/və ya göstərilmiş xidmət barədə rəy və qiymətləndirmə bildirməsi tamamilə könüllü xarakter daşıyır və Xidmətdən istifadə üçün məcburi şərt deyildir. Rəy bildirilməsi zamanı İstifadəçidən ulduz qiymətləndirməsi, yazılı rəy və İstifadəçinin öz istəyi ilə təqdim etdiyi əlaqə nömrəsi toplana bilər. Qeyd olunan məlumatlar xidmət keyfiyyətinin qiymətləndirilməsi və təkmilləşdirilməsi, Tərəfdaşların fəaliyyətinin monitorinqi, istifadəçi məmnuniyyətinin öyrənilməsi, daxil olan müraciət və rəylərin araşdırılması və zəruri hallarda İstifadəçi ilə əlaqə saxlanılması məqsədləri ilə işlənilə bilər. Əlaqə nömrəsinin təqdim edilməsi könüllüdür və rəy bildirmək üçün məcburi tələb kimi irəli sürülmür.
İstifadəçinin hüquq və vəzifələri
İstifadəçinin hüquqları:
Xidmətdən bu Şərtlərə və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun istifadə etmək;
Tərəfdaş obyektində təqdim edilmiş hesabı QR-kod vasitəsilə Q-Pay platformasında görüntüləmək, hesab üzrə ödənilməli məbləği tam və ya hissə-hissə ödəmək və mövcud texniki imkanlar çərçivəsində hesabı digər iştirakçılar arasında bölüşdürmək;
Xidmətdən istifadə zamanı yaranan texniki və digər məsələlərlə bağlı Q-Pay-a müraciət etmək və mümkün olduğu hallarda müvafiq dəstək almaq.
İstifadəçinin vəzifələri:
Xidmətdən yalnız qanuni məqsədlər üçün və bu Şərtlərə uyğun istifadə etmək;
Xidmətdən istifadə zamanı təqdim etdiyi məlumatların düzgünlüyünü təmin etmək və üçüncü şəxslərə məxsus məlumatlardan və ödəniş vasitələrindən qanunsuz istifadə etməmək;
Bank kartı, hesab və digər ödəniş vasitələrinə dair məlumatların, habelə autentifikasiya və təhlükəsizlik məlumatlarının məxfiliyini qorumaq və həmin məlumatları üçüncü şəxslərə təqdim etməmək;
Yalnız öz adına rəsmiləşdirilmiş və istifadəsi qanunvericiliklə, bank tərəfindən və ya digər səlahiyyətli şəxs tərəfindən qadağan edilməmiş və ya məhdudlaşdırılmamış ödəniş vasitələrindən istifadə etmək;
Tərəfdaş tərəfindən təqdim edilmiş hesabda hər hansı uyğunsuzluq, səhv və ya əsassız məbləğ aşkar etdikdə, ödənişi həyata keçirməzdən əvvəl, mümkün olduğu təqdirdə, Tərəfdaşı və/və ya Q-Pay-ı məlumatlandırmaq;
Hesabın düzgünlüyünü və ödəniş məbləğini ödəniş həyata keçirilməzdən əvvəl yoxlamaq. İstifadəçi tərəfindən təsdiq edilmiş və həyata keçirilmiş ödənişlərlə bağlı Tərəfdaşın təqdim etdiyi hesabın məzmununa dair iradlar Q-Pay-a deyil, müvafiq Tərəfdaşa yönəldilmək;
Xidmətdən istifadə zamanı Q-Pay-ın və üçüncü şəxslərin hüquq və qanuni mənafelərinə xələl gətirə biləcək hərəkətlərə yol verməmək, o cümlədən Xidmətin fəaliyyətinə müdaxilə etməmək və onun texniki təhlükəsizliyini pozmağa yönəlmiş hər hansı hərəkət həyata keçirməmək.
Ödənişlər və komissiyalar
Xidmətdən istifadə ilə əlaqədar İstifadəçidən hər hansı komissiya və ya digər xidmət haqqının tutulması nəzərdə tutulduğu halda, həmin komissiyanın və/və ya xidmət haqqının məbləği və ya tətbiq olunan hesablama qaydası ödənişin təsdiq edilməsindən əvvəl İstifadəçiyə aydın və başadüşülən formada təqdim edilir.
İstifadəçi ödəniş məbləğini və tətbiq olunan komissiyanı nəzərdən keçirdikdən sonra ödənişi təsdiq etməklə həmin ödənişin həyata keçirilməsinə razılıq verir. Ödənişin təsdiqindən sonra ödəniş müvafiq Ödəniş təşkilatının, bankın və/və ya ödəniş sisteminin tətbiq olunan qaydalarına uyğun olaraq icra edilir.
Ödənişin uğurla həyata keçirilməsi Ödəniş təşkilatı və/və ya müvafiq bank və ya ödəniş sistemi tərəfindən verilmiş təsdiq əsasında müəyyən edilir. Q-Pay tərəfindən ödənişin texniki qaydada həyata keçirilməsi üçün sorğu Ödəniş təşkilatına ötürüldükdən sonra ödənişin avtorizasiyası və faktiki icrası Q-Pay-ın nəzarətindən kənarda həyata keçirilir.
Ödənişin həyata keçirilməməsi, rədd edilməsi, gecikməsi və ya texniki səbəblərdən tamamlanmaması hallarında Q-Pay, belə halın öz fəaliyyəti ilə əlaqədar olmadığı təqdirdə, məsuliyyət daşımır. Bu halda İstifadəçi ödənişin səbəblərinin müəyyən edilməsi üçün müvafiq Ödəniş təşkilatına və/və ya banka müraciət edə bilər.
İstifadəçi tərəfindən təsdiq edilmiş ödənişin ləğv edilməsi və ya ödənilmiş məbləğin geri qaytarılması yalnız qüvvədə olan qanunvericiliyə, Ödəniş təşkilatının və müvafiq bankın qaydalarına, habelə Tərəfdaşın tətbiq etdiyi geri qaytarma şərtlərinə uyğun olaraq həyata keçirilir.
Tərəfdaş tərəfindən təqdim edilmiş hesabın məbləği, həmin hesab üzrə tətbiq edilmiş hər hansı endirim, əlavə ödəniş və digər hesablaşmalarla bağlı mübahisələr Q-Pay-ın deyil, müvafiq Tərəfdaşın məsuliyyət və səlahiyyət dairəsinə aiddir.
Məsuliyyətin məhdudlaşdırılması
Q-Pay Tərəfdaş tərəfindən İstifadəçiyə təqdim edilmiş hesabın düzgünlüyünə, hesabda göstərilən məbləğlərin əsaslılığına, habelə Tərəfdaş tərəfindən təqdim edilən malların və/və ya xidmətlərin keyfiyyətinə, miqdarına, xüsusiyyətlərinə və uyğunluğuna görə məsuliyyət daşımır. Bu məsələlərlə bağlı hər hansı irad və ya tələb birbaşa müvafiq Tərəfdaşa yönəldilməlidir.
Q-Pay İstifadəçinin internet bağlantısında yaranan problemlər, internet və ya rabitə operatorlarının fəaliyyəti, bankların, Ödəniş təşkilatının, kart təşkilatlarının və digər üçüncü tərəf xidmət təminatçılarının fəaliyyəti və ya nasazlığı, habelə Q-Pay-ın ağlabatan nəzarətindən kənarda olan digər texniki və ya təşkilati səbəblər nəticəsində Xidmətin fəaliyyətində yaranan fasilə, gecikmə, ödənişin uğursuz olması və ya digər pozuntulara görə məsuliyyət daşımır.
Bu Şərtlərin 6.2-ci bənddə göstərilən halların Q-Pay-ın nəzarətində olmamasına baxmayaraq, Q-Pay Xidmətin normal fəaliyyətinin mümkün qədər tez bərpa edilməsi və yaranmış texniki problemlərin aradan qaldırılması üçün ağlabatan və zəruri tədbirləri görür.
Q-Pay İstifadəçinin Xidmətdən düzgün və təhlükəsiz istifadə etməməsi, ödəniş vasitələrinin və ya autentifikasiya məlumatlarının üçüncü şəxslərə təqdim edilməsi, habelə İstifadəçinin təqsiri və ya səhlənkarlığı nəticəsində yaranan hər hansı zərərə görə məsuliyyət daşımır.
Q-Pay-ın qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, dolayı zərərə, əldən çıxmış faydaya, gəlir itkisinə və ya digər dolayı itkilərə görə məsuliyyəti istisna edilir.
Bu bölmənin müddəaları Q-Pay-ın qəsdi və ya qanunvericiliyə əsasən əvvəlcədən məhdudlaşdırılması və ya istisna edilməsi mümkün olmayan məsuliyyəti ilə bağlı hallara şamil edilmir.
Əqli mülkiyyət
Xidmətə, o cümlədən onun proqram təminatına, dizaynına, loqosuna və digər elementlərinə dair bütün əqli mülkiyyət hüquqları Q-Pay-a məxsusdur və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə qorunur.
Fors-major
Təbii fəlakətlər, müharibə, dövlət orqanlarının qərar və tədbirləri, bank və ödəniş sistemlərində baş verən ümumi nasazlıqlar, rabitə və internet şəbəkələrində yaranan kəsintilər və Tərəflərin ağlabatan nəzarətindən kənarda olan, öhdəliklərin icrasına mane olan digər hallar fors-major halları hesab edilir. Fors-major halının davam etdiyi müddət ərzində Tərəflər həmin halın təsiri nəticəsində öhdəliklərini icra edə bilməmələrinə görə məsuliyyətdən azad olunurlar.
Şərtlərə dəyişikliklər
Q-Pay, öz müstəqil mülahizəsinə əsasən və istənilən zaman bu Şərtlərə dəyişiklik və əlavələr etmək hüququna malikdir. Şərtlərin yeni redaksiyası Q-Pay-ın rəsmi internet səhifəsində və/və ya Platformada dərc edildiyi tarixdən qüvvəyə minir və həmin tarixdən Xidmətdən istifadəyə münasibətdə tətbiq edilir.
Şərtlərin yeni redaksiyası qüvvəyə mindikdən sonra Xidmətdən istifadəni davam etdirməklə İstifadəçi edilmiş dəyişiklikləri qəbul etdiyini təsdiq edir. Dəyişikliklərlə razı olmayan İstifadəçi Xidmətdən istifadəni dayandırmalıdır.
Mübahisələrin həlli
Bu Şərtlərin tətbiqi, icrası, təfsiri və ya pozulması ilə əlaqədar İstifadəçi ilə Q-Pay arasında yaranan hər hansı mübahisə və fikir ayrılığı ilk növbədə danışıqlar yolu ilə həll edilməyə çalışılır.
Mübahisənin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq səlahiyyətli məhkəmədə həll edilir.
Əlaqə məlumatları
Hüquqi şəxs: “QPAY” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009732101
Hüquqi ünvan: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov, ev 11, m. 13
E-poçt: ______________
Telefon: ______________