Ümumi müddəalar
Bu Cookies (Kuki və ya Çərəzlər) Siyasəti (bundan sonra ismin müvafiq hallarında “Cookies Siyasəti” adlandırılacaq) “QPAY” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra ismin müvafiq hallarında “Q-Pay” və ya “Şirkət” adlandırılacaq) tərəfindən təqdim edilən q-pay.az internet saytı və mobil tətbiqi (bundan sonra ismin müvafiq hallarında olmaqla birlikdə “Xidmət” adlandırılacaq) üzrə yaranan kukilər (cookies) üzrə qaydalar müəyyən edir.
Bu Cookies Siyasəti Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına uyğun olaraq tərtib olunmuşdur.
Xidmətdən istifadə etməklə İstifadəçi bu Cookies Siyasəti ilə tam, qeyd-şərtsiz və geri dönməz şəkildə razılaşdığını təsdiq edir.
Əsas anlayışlar
Bu Cookies Siyasətində, onun əlavələrində, ona istənilə düzəlişlərdə və digər ayrılmaz hissələrində istifadə olunan aşağıdakı anlayışlar, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, aşağıdakı mənaları ifadə edir:
“Xidmət” – ictimai iaşə obyektində təqdim edilmiş hesabın QR-kod vasitəsilə Q-Pay platformasında görüntülənməsini, həmin hesab üzrə ödənilməli məbləğin tam və ya hissə-hissə ödənilməsini, habelə hesabın bölüşdürülməsi və ödənişlərin həyata keçirilməsi ilə bağlı digər funksional imkanların təqdim edilməsini təmin edən Q-Pay platforması;
“İstifadəçi” – vətəndaşlığından, ölkə rezidentliyindən və hər hansı proqram və ya loyallıq sisteminə üzvlüyündən asılı olmayaraq, Xidmətdən istifadə edən və Xidmət vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün istifadəsi hər hansı formada qadağan edilməmiş və ya məhdudlaşdırılmamış bank kartının birbaşa və ya dolayı yolla sahibi və ya istifadəçisi olan fiziki şəxs;
“Tərəfdaş” – Xidmətin təqdim edildiyi və/və ya Xidmətdən istifadə etməklə ödənişlərin qəbul edildiyi restoran, kafe və digər ictimai iaşə obyektlərini idarə edən və ya onların adından fəaliyyət göstərən fiziki və ya hüquqi şəxs;
“Ödəniş təşkilatı” – Xidmət çərçivəsində İstifadəçi tərəfindən həyata keçirilən ödənişlərin qəbul edilməsini, emalını və icrasını təmin edən, müvafiq qanunvericiliyə uyğun olaraq ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyaya malik olan fiziki və ya hüquqi şəxs.
Bu Cookies Siyasətində böyük hərflə yazılmış, lakin ayrıca müəyyən edilməmiş anlayışlar, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, qüvvədə olan qanunvericiliyə və ya Cookies Siyasətinin müvafiq müddəalarına uyğun olaraq şərh edilir.
Təkdə istifadə olunan anlayışlar, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, cəmdə, cəmdə istifadə olunan anlayışlar isə təkdə olan anlayışları da əhatə edir.
Bu Cookies Siyasətində şəxsə edilən istinad, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, fiziki və hüquqi şəxsləri, habelə onların hüquqi varislərini və hüquq və öhdəliklərinin qanuni əsaslarla ötürüldüyü şəxsləri əhatə edir.
Bu Cookies Siyasətində “daxil olmaqla”, “o cümlədən” və oxşar ifadələrdən istifadə edilməsi həmin siyahının məhdud və ya tam olması kimi şərh edilmir və müvafiq anlayışa digər elementlərin də daxil olmasını istisna etmir.
Bu Cookies Siyasətində müəyyən edilmiş anlayışların mənası, həmin anlayışların bu Cookies Siyasətinin digər bölmələrində istifadə edilməsindən asılı olmayaraq, bu bölmədə müəyyən edilmiş məna daşıyır.
Kuki anlayışı
Kukilər (Cookies) q-pay.az internet saytına və/və ya Q-Pay mobil tətbiqinə daxil olduqda İstifadəçinin cihazında saxlanılan kiçik həcmli mətn fayllarıdır. Kukilər Xidmətin düzgün və təhlükəsiz fəaliyyətinin təmin edilməsi, İstifadəçi təcrübəsinin yaxşılaşdırılması, Xidmətin istifadəsinin təhlili və digər funksional məqsədlər üçün istifadə edilə bilər.
İstifadə olunan kuki növləri
Q-Pay tərəfindən, bunlarla məhdudlaşmadan, aşağıda qeyd edilən kuki növlərindən istifadə edilə bilər:
Zəruri kukilər – Xidmətin əsas funksiyalarının, o cümlədən girişin, sessiyanın idarə edilməsinin və ödəniş prosesinin düzgün və təhlükəsiz həyata keçirilməsi üçün zəruri olan kukilərdir. Bu kukilər Xidmətin fəaliyyətinin təmin edilməsi üçün tələb olunduğundan, onların istifadəsi İstifadəçinin ayrıca razılığından asılı olmaya bilər;
Analitik kukilər – İstifadəçilərin Xidmətdən necə istifadə etdiyini, o cümlədən ziyarət edilən səhifələri, istifadə müddətini və digər statistik göstəriciləri təhlil etmək və Xidmətin fəaliyyətini təkmilləşdirmək məqsədilə istifadə olunan kukilərdir;
Funksional və marketinq kukiləri – İstifadəçi seçimlərinin yadda saxlanılması, fərdiləşdirilmiş funksiyaların təqdim edilməsi və müvafiq hallarda İstifadəçinin maraqlarına uyğun məzmun və reklamların göstərilməsi məqsədilə istifadə olunan kukilərdir. Bu kateqoriyaya aid kukilər, qanunvericiliklə tələb olunduğu hallarda, yalnız İstifadəçinin əvvəlcədən verdiyi razılıq əsasında istifadə edilir.
Kukilərin idarə edilməsi
İstifadəçi istifadə etdiyi internet brauzerinin və/və ya cihazının müvafiq tənzimləmələri vasitəsilə kukilərin istifadəsini bloklaya, məhdudlaşdıra və ya cihazında saxlanılmış kukiləri silə bilər.
Zəruri kukilərin bloklanması və ya deaktiv edilməsi Xidmətin müəyyən funksiyalarının, o cümlədən giriş və ödəniş funksiyalarının düzgün və ya tam işləməməsinə səbəb ola bilər.
Qanunvericiliklə tələb olunan hallarda, İstifadəçiyə Xidmətə ilk daxil olduqda zəruri olmayan kukilərin istifadəsinə razılıq vermək və ya onlardan imtina etmək imkanı təqdim edilir.
İstifadəçi verdiyi kuki razılığını sonradan dəyişdirə və ya geri götürə bilər. Bununla belə, razılığın geri götürülməsi həmin razılıq əsasında əvvəllər həyata keçirilmiş məlumat işlənilməsinin qanuniliyinə təsir etmir.
Üçüncü tərəf kukiləri
Q-Pay Xidmətin fəaliyyətinin təhlili, ödənişlərin həyata keçirilməsi, təhlükəsizliyin təmin edilməsi və digər funksional məqsədlər üçün Google Analytics və Ödəniş təşkilatları də daxil olmaqla üçüncü tərəflərin təqdim etdiyi xidmətlərdən istifadə edə bilər. Bu xidmətlər çərçivəsində üçüncü tərəflər tərəfindən kukilər və analoji texnologiyalardan istifadə edilə bilər.
Üçüncü tərəflər tərəfindən istifadə olunan kukilərin toplanması, işlənilməsi və saxlanılması müvafiq üçüncü tərəfin məxfilik və kuki siyasətlərinə tabedir. Q-Pay həmin üçüncü tərəflərin məlumatların işlənilməsi qaydalarına görə məsuliyyət daşımır.
İstifadəçi üçüncü tərəflərin kukilərinin istifadəsi və məlumatların işlənilməsi ilə bağlı daha ətraflı məlumatı müvafiq üçüncü tərəflərin rəsmi məxfilik siyasətlərindən əldə edə bilər.
Cookies siyasətinə dəyişikliklər
Q-Pay, öz müstəqil mülahizəsinə əsasən və istənilən zaman bu Cookies Siyasətinə dəyişiklik və əlavələr etmək hüququna malikdir. Cookies Siyasətinin yeni redaksiyası Q-Pay-ın rəsmi internet səhifəsində və/və ya Platformada dərc edildiyi tarixdən qüvvəyə minir və həmin tarixdən Xidmətdən istifadəyə münasibətdə tətbiq edilir.
Cookies Siyasətinin yeni redaksiyası qüvvəyə mindikdən sonra Xidmətdən istifadəni davam etdirməklə İstifadəçi edilmiş dəyişiklikləri qəbul etdiyini təsdiq edir. Dəyişikliklərlə razı olmayan İstifadəçi Xidmətdən istifadəni dayandırmalıdır.
Mübahisələrin həlli
Bu Cookies Siyasətinin tətbiqi, icrası, təfsiri və ya pozulması ilə əlaqədar İstifadəçi ilə Q-Pay arasında yaranan hər hansı mübahisə və fikir ayrılığı ilk növbədə danışıqlar yolu ilə həll edilməyə çalışılır.
Mübahisənin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq səlahiyyətli məhkəmədə həll edilir.
Əlaqə məlumatları
Hüquqi şəxs: “QPAY” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009732101
Hüquqi ünvan: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov, ev 11, m. 13
E-poçt: ______________
Telefon: ______________