Ümumi müddəalar
Bu Məxfilik Siyasəti (bundan sonra ismin müvafiq hallarında “Məxfilik Siyasəti” adlandırılacaq) “QPAY” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra ismin müvafiq hallarında “Q-Pay” və ya “Şirkət” adlandırılacaq) tərəfindən təqdim edilən q-pay.az internet saytı və mobil tətbiqi (bundan sonra ismin müvafiq hallarında olmaqla birlikdə “Xidmət” adlandırılacaq) üzrə İstifadəçilərin fərdi məlumatlarının toplanması, işlənməsi, saxlanması və qorunması qaydalarını müəyyən edir.
Bu Məxfilik Siyasəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Elektron ticarət haqqında”, “Fərdi məlumatlar haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanunlarına, habelə digər müvafiq normativ hüquqi aktlara uyğun tərtib olunmuşdur.
Xidmətdən istifadə etməklə İstifadəçi bu Məxfilik Siyasəti ilə tam, qeyd-şərtsiz və geri dönməz şəkildə razılaşdığını təsdiq edir və bu Məxfilik Siyasətinin müddəalarına riayət etməyi öhdəsinə götürür. İstifadəçinin bu Məxfilik Siyasətinin hər hansı müddəası ilə razılaşmadığı halda, İstifadəçi Xidmətdən istifadə etmək hüququna malik deyil və Xidmətdən istifadəsini dayandırmalıdır.
Əsas anlayışlar
Bu Məxfilik Siyasətində, onun əlavələrində, ona istənilə düzəlişlərdə və digər ayrılmaz hissələrində istifadə olunan aşağıdakı anlayışlar, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, aşağıdakı mənaları ifadə edir:
“Xidmət” – ictimai iaşə obyektində təqdim edilmiş hesabın QR-kod vasitəsilə Q-Pay platformasında görüntülənməsini, həmin hesab üzrə ödənilməli məbləğin tam və ya hissə-hissə ödənilməsini, habelə hesabın bölüşdürülməsi və ödənişlərin həyata keçirilməsi ilə bağlı digər funksional imkanların təqdim edilməsini təmin edən Q-Pay platforması;
“İstifadəçi” – vətəndaşlığından, ölkə rezidentliyindən və hər hansı proqram və ya loyallıq sisteminə üzvlüyündən asılı olmayaraq, Xidmətdən istifadə edən və Xidmət vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün istifadəsi hər hansı formada qadağan edilməmiş və ya məhdudlaşdırılmamış bank kartının birbaşa və ya dolayı yolla sahibi və ya istifadəçisi olan fiziki şəxs;
“Tərəfdaş” – Xidmətin təqdim edildiyi və/və ya Xidmətdən istifadə etməklə ödənişlərin qəbul edildiyi restoran, kafe və digər ictimai iaşə obyektlərini idarə edən və ya onların adından fəaliyyət göstərən fiziki və ya hüquqi şəxs;
“Ödəniş təşkilatı” – Xidmət çərçivəsində İstifadəçi tərəfindən həyata keçirilən ödənişlərin qəbul edilməsini, emalını və icrasını təmin edən, müvafiq qanunvericiliyə uyğun olaraq ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyaya malik olan fiziki və ya hüquqi şəxs.
Bu Məxfilik Siyasətində böyük hərflə yazılmış, lakin ayrıca müəyyən edilməmiş anlayışlar, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, qüvvədə olan qanunvericiliyə və ya Məxfilik Siyasətinin müvafiq müddəalarına uyğun olaraq şərh edilir.
Təkdə istifadə olunan anlayışlar, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, cəmdə, cəmdə istifadə olunan anlayışlar isə təkdə olan anlayışları da əhatə edir.
Bu Məxfilik Siyasətində şəxsə edilən istinad, kontekstdən başqa hal irəli gəlmədiyi təqdirdə, fiziki və hüquqi şəxsləri, habelə onların hüquqi varislərini və hüquq və öhdəliklərinin qanuni əsaslarla ötürüldüyü şəxsləri əhatə edir.
Bu Məxfilik Siyasətində “daxil olmaqla”, “o cümlədən” və oxşar ifadələrdən istifadə edilməsi həmin siyahının məhdud və ya tam olması kimi şərh edilmir və müvafiq anlayışa digər elementlərin də daxil olmasını istisna etmir.
Bu Məxfilik Siyasətində müəyyən edilmiş anlayışların mənası, həmin anlayışların bu Məxfilik Siyasətinin digər bölmələrində istifadə edilməsindən asılı olmayaraq, bu bölmədə müəyyən edilmiş məna daşıyır.
Toplanan fərdi məlumatlar
Q-Pay Xidmətdən istifadə zamanı İstifadəçi haqqında aşağıdakı fərdi məlumatları toplaya və işləyə bilər:
Adı, soyadı, əlaqə nömrəsi və elektron poçt ünvanı – qeydiyyat və Xidmətdən istifadə zamanı təqdim edildiyi halda;
Ödəniş əməliyyatlarına dair məlumatlar, o cümlədən ödəniş məbləği, ödənişin tarixi, vaxtı və Tərəfdaş barədə məlumatlar. İstifadəçinin bank kartının tam məlumatları Q-Pay tərəfindən saxlanılmır və ödənişlərin icrası üçün müvafiq Ödəniş təşkilatının təhlükəsiz infrastrukturunda işlənilir;
Cihaz və Xidmətdən istifadə barədə məlumatlar, o cümlədən IP-ünvan, cihazın növü, əməliyyat sistemi və tətbiqdən istifadə ilə bağlı texniki və statistik məlumatlar.
İstifadəçi məlumatlarının sorğulanması və saxlanılması. Standart QR-ödəniş ssenarisi çərçivəsində Q-Pay tərəfindən İstifadəçinin ad, soyad, ata adı, pasport məlumatları və digər şəxsiyyəti təsdiq edən sənəd məlumatları, habelə bank kartının tam rekvizitləri, o cümlədən kartın tam nömrəsi, CVV/CVC kodu və PIN kodu sorğulanmır, Q-Pay tərəfindən saxlanılmır və Q-Pay-ın informasiya sistemlərində emal edilmir. Qeyd olunan məlumatların ödənişin həyata keçirilməsi məqsədilə tələb olunduğu hallarda həmin məlumatların toplanması, emalı və qorunması müvafiq Ödəniş təşkilatı və/və ya digər aidiyyəti ödəniş xidməti iştirakçısının məsuliyyət və səlahiyyət dairəsinə aiddir.
Məlumatların işlənmə məqsədləri
Q-Pay tərəfindən toplanan fərdi məlumatlar aşağıdakı məqsədlərlə işlənilə bilər:
Xidmətin təqdim edilməsi və ödəniş əməliyyatlarının həyata keçirilməsinin təmin edilməsi;
İstifadəçilərin müraciətlərinə baxılması və istifadəçi dəstəyinin göstərilməsi;
Fırıldaqçılıq, sui-istifadə və icazəsiz əməliyyatların qarşısının alınması, habelə Xidmətin və ödənişlərin təhlükəsizliyinin təmin edilməsi;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə Q-Pay üçün nəzərdə tutulmuş hesabat, uçot, arxivləşdirmə və digər hüquqi öhdəliklərin yerinə yetirilməsi.
Fərdi məlumatların ötürülməsi
Fərdi məlumatlar Xidmətin göstərilməsi və ödənişlərin həyata keçirilməsi üçün zəruri olduğu hallarda və zəruri həcmdə Ödəniş təşkilatına, Tərəfdaşa və digər aidiyyəti şəxslərə ötürülə bilər.
Tərəfdaşa yalnız hesabın təqdim edilməsi və müvafiq ödəniş əməliyyatının həyata keçirilməsi üçün zəruri olan məlumatlar təqdim edilir.
Fərdi məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar, habelə Xidmətin göstərilməsi üçün belə məlumatların təqdim edilməsi zəruri olan hallar istisna olmaqla, İstifadəçinin razılığı olmadan üçüncü şəxslərə ötürülmür.
Fərdi məlumatların saxlanma müddəti
Fərdi məlumatlar onların toplanması və işlənməsi məqsədlərinin həyata keçirilməsi üçün zəruri olan müddət ərzində, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş saxlanma, uçot və arxivləşdirmə tələblərinə uyğun olaraq saxlanılır.
Fərdi məlumatların təhlükəsizliyi
Q-Pay fərdi məlumatların itirilməsinin, qanunsuz əldə edilməsinin, dəyişdirilməsinin, açıqlanmasının və digər qanunsuz işlənməsinin qarşısının alınması məqsədilə məlumatların xarakterinə və potensial risklərə uyğun texniki və təşkilati təhlükəsizlik tədbirləri, o cümlədən məlumatların şifrələnməsi və məlumatlara girişin məhdudlaşdırılması tədbirlərini həyata keçirir.
Ödəniş əməliyyatları PCI DSS (Payment Card Industry Data Security Standard) tələblərinə uyğun sertifikatlaşdırılmış ödəniş xidməti provayderi vasitəsilə emal edilir. İstifadəçinin bank kartına dair rekvizitləri, o cümlədən kart nömrəsi, CVV/CVC kodu və digər ödəniş kartı məlumatları Q-Pay-ın informasiya sistemlərində saxlanılmır və Q-Pay tərəfindən emal edilmir; həmin məlumatlar birbaşa müvafiq PCI DSS tələblərinə uyğun sertifikatlaşdırılmış provayderin təhlükəsiz informasiya mühitində (təhlükəsiz konturunda) emal olunur və qorunur.
İstifadəçinin hüquqları
İstifadəçi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aşağıdakı hüquqlara malikdir:
Özü barəsində toplanmış və işlənilən fərdi məlumatlarla tanış olmaq;
Dəqiq olmayan və ya natamam fərdi məlumatların dəqiqləşdirilməsini və düzəldilməsini tələb etmək;
Qanunvericilikdə nəzərdə tutulmuş hallarda fərdi məlumatların silinməsini və ya işlənilməsinin dayandırılmasını tələb etmək;
Fərdi məlumatların işlənilməsinə verilmiş razılığı qanunvericiliyin tələblərinə uyğun olaraq geri götürmək;
Fərdi məlumatlarının işlənilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına və ya digər səlahiyyətli quruma müraciət etmək və şikayət vermək.
Məxfilik siyasətinə dəyişikliklər
Q-Pay, öz müstəqil mülahizəsinə əsasən və istənilən zaman bu Məxfilik Siyasətinə dəyişiklik və əlavələr etmək hüququna malikdir. Məxfilik Siyasətinin yeni redaksiyası Q-Pay-ın rəsmi internet səhifəsində və/və ya Platformada dərc edildiyi tarixdən qüvvəyə minir və həmin tarixdən Xidmətdən istifadəyə münasibətdə tətbiq edilir.
Məxfilik Siyasətinin yeni redaksiyası qüvvəyə mindikdən sonra Xidmətdən istifadəni davam etdirməklə İstifadəçi edilmiş dəyişiklikləri qəbul etdiyini təsdiq edir. Dəyişikliklərlə razı olmayan İstifadəçi Xidmətdən istifadəni dayandırmalıdır.
Mübahisələrin həlli
Bu Məxfilik Siyasətinin tətbiqi, icrası, təfsiri və ya pozulması ilə əlaqədar İstifadəçi ilə Q-Pay arasında yaranan hər hansı mübahisə və fikir ayrılığı ilk növbədə danışıqlar yolu ilə həll edilməyə çalışılır.
Mübahisənin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq səlahiyyətli məhkəmədə həll edilir.
Əlaqə məlumatları
Hüquqi şəxs: “QPAY” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2009732101
Hüquqi ünvan: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov, ev 11, m. 13
E-poçt: ______________
Telefon: ______________